Həkimə zorakılığa son. Həkimini qoru

Bizim Təbib 2026-05-04 13:13:59
blog_image

Bu gün - dünya sərhədlərinin açıq olduğu, müasir texnologiya, süni intellekt dövründə müəllimi savad verdiyi, bilik öyrətdiyi şagird güllələyir, həkimi saǧaltmaǧa çalışdıǧı xəstənin yaxınları döyür, müalicə etdiyi xəstəsi partladır. Bəli, danışanda hər birimiz müdafiəçiyik, hüquqçuyuq. Öldürən üçün deyil, ölən üçün də danışaq, vəkil olaq. Həkim olmaq üçün çəkilən əziyyəti az-çox hamı bilir. Ona görə də bu sahəni seçilmişlər seçir. Xoş münasibətdə olan 2 nəfər bir-birinin dərdini bir neçə dəfə dinləyə bilir. Amma həkim hər gün tanımadığı yad insanları bir neçə dəfə dinləmək, müayinə və müalicə etməyi seçib. Bunun müqabilində təkcə "dövlətin verdiyi pul"u yox həm də, sizdən də "sağol" eşitməlidir, xoş minnətdarlıq duyğusu borcluyuq müalicə edən həkimlərə, öyrədən müəllimlərə. Nəticədə bu sahəni seçib Ölkəmizdəki vətəndaşları müalicə edək, ölkədən qaçmayaq.